22:14
8°C
Bakı
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarının yekunlarına görə ən yaxşı oyunçu mükafatı üçün keçirilən səsvermənin qalibi açıqlanıb.
Moderator.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Mükafatın sahibi, "Brügge" ilə oyunda (4:1) het-trik edən, "Atletiko Madrid"in norveçli hücumçusu Aleksandr Sörlot olub.
A.Sörlot mükafat uğrunda mübarizədə həmvətəni, "Budyo Qlimt"in oyunçusu Yens Petter Hauqe, "Real Madrid"in fransalı yarımmüdafiəçisi Orelyen Tçuameni və "Qalatasaray"ın hücumçusu Viktor Osimheni qabaqlayıb.