Arda Güler
İdman
48
21:00, Bu gün

Arda Güler "Fənərbağça"ya iki milyon avro qazandırdı

Arda Güler "Real Madrid"in heyətində 100-cü oyununu keçirib. Bu, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə Madrid klubunun "Benfika" üzərində 2:1 hesablı qələbə qazandığı matçda baş verib.

Moderator.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Bildirilib ki, bu nailiyyət sayəsində futbolçunun keçmiş klubu "Fənərbağça" iki milyon avro məbləğində bonus qazanıb. Belə ki, İstanbul təmsilçisi 2023-cü ildə oyunçunu "Real Madrid"ə satarkən transfer müqaviləsinə hər 25 oyun üçün iki milyon avro bonus maddəsi daxil edib.

Əgər Arda Güler "Real Madrid" forması ilə daha 25 oyunda meydana çıxarsa, bonus məbləği əlavə iki milyon avro artacaq. Bonus ödənişi 125-ci oyundan sonra tam başa çatacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər