İdman
31
17:47, Bu gün

"Nyukasl Yunayted" - "Qarabağ" oyunu azarkeş sayına görə ilk dördlükdə yer alıb

İngiltərədə baş tutan "Nyukasl Yunayted" və "Qarabağ" klubları arasındakı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşması tribunalardakı azarkeş sayına görə dördüncü yerdə mövqe tutub.

Moderator.az xəbər verir ki, bəhs edilən futbol oyununu stadiondan canlı olaraq 50 068 nəfər seyr edib.

Cavab oyunları çərçivəsində ən yüksək azarkeş göstəricisi "Real Madrid" və "Benfika" komandaları arasındakı görüşdə (2:1) qeydə alınıb. Həmin matçda 76 745 tamaşaçı iştirak edib.

Siyahıda ikinci yeri 70 441 azarkeşlə "İnter" - "Budyo Qlimt" dueli (1:2), üçüncü pilləni isə 66 756 tərəfdarla "Atletiko" (İspaniya) - "Brügge" qarşılaşması tutub.

Xatırladaq ki, "Qarabağ" səfərdə keçirilən həmin görüşdə rəqibinə 2:3 hesabı ilə məğlub olub.

Nyukasl Yunayted - Qarabağ oyunu azarkeş sayına görə ilk dördlükdə yer alıb

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər