Bizi sosial şəbəkələrdən izləyin:
"Qalatasaray" Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Yuventus"a 3-2 hesabı ilə məğlub olsa da, ümumi hesabda rəqibinə 7-5 hesablı üstünlük təmin edərək növbəti tura yüksəlib.
Moderator.az xəbər verir ki, qarşılaşmanın əlavə vaxtında "sarı-qırmızılar"a "can verən" qolu vuran Viktor Osimhenin sevinməməsi böyük müzakirələrə səbəb olmuşdu. Nigeriyalı ulduz bu davranışı ilə bağlı açıqlama verib.
Nigeriyalı futbolçu bunun səbəblərini belə izah edib:
"Qoldan sonra sevinmədim. Buna ehtiyac yox idi. Səbəbini izah edim:
Birincisi, sevdiyim və karyeramda mühüm rol oynamış Spallettiyə hörmət edirəm.
İkincisi isə, 10 nəfər qalmış rəqibimizə qarşı çox pis oynadıq.
Mən hisslərini gizlədən oyunçu deyiləm. Bu gün "Yuventus" azarkeşləri öz komandalarını alqışladılar, çünki onlar daha yaxşı oynadılar. Amma təbii ki, növbəti mərhələyə yüksəldiyimiz üçün çox xoşbəxtəm". /Offsideplus.az/