UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulub.
Moderator.az xəbər verir ki, son oyun günündə 1/8 final mərhələsinə vəsiqə qazanan son dörd komandanın adı müəyyənləşib.
İspaniyanın “Atletiko Madrid” klubu doğma meydanda Belçika “Brügge”sini 4:1 hesabı ilə darmadağın edərək adını növbəti mərhələyə yazdırıb.
Turnirdə Türkiyənin yeganə təmsilçisi olan “Qalatasaray” İtaliyada yerli “Yuventus” klubuna 2:3 hesabı ilə uduzsa da, iki oyunun ümumi nəticəsinə əsasən mübarizəni davam etdirmək hüququ qazanıb.
Çempionlar Liqasının son qalibi PSJ doğma meydanda Fransanın digər təmsilçisi “Monako” ilə heç-heçə etsə də, mərhələ adlayan tərəf olub.
İspaniyanın “Real Madrid” və Portuqaliyanın “Benfika” klubları arasındakı matçda isə meydan sahibləri qələbə qazanıb - 2:1.
Qeyd edək ki, 1/8 final mərhələsinin püşkatma mərasimi fevralın 27-də keçiriləcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
“Atalanta” (İtaliya) – “Borussiya Dortmund” (Almaniya) 4:1
İlk oyun – 0:2
“Real Madrid” (İspaniya) – “Benfika” (Portuqaliya) 2:1
İlk oyun – 1:0
PSJ (Fransa) – “Monako” (Fransa) 2:2
İlk oyun – 3:2
“Yuventus” (İtaliya) – “Qalatasaray” (Türkiyə) 3:2
İlk oyun – 2:5