00:08
6°C
Bakı
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Atalanta" - "Borussiya Dortmund" matçı keçirilib.
Moderator.az xəbər verir ki, Berqamoda baş tutan qarşılaşma İtaliya təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:1.
Xatırladaq ki, tərəflər arasında ilk oyunda almanlar qələbəyə sevinmişdilər - 2:0.
İki görüşün yekununda, "Atalanta" rəqibini 4:3 hesabı ilə üstələyib və 1/8 final mərhələsinə adlayıb.