Karlo Ançelotti Neymarla bağlı planını açıqladı
İdman
110
21:47, Bu gün

Karlo Ançelotti Neymarla bağlı planını açıqladı

Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti ulduz futbolçu Neymarı mart ayında Fransa və Xorvatiya yığmalarına qarşı baş tutacaq yoldaşlıq görüşlərinə çağırmamağı məqsədəuyğun sayıb.

Moderator.az ESPN nəşrinə istinadən xəbər verir ki, italyan mütəxəssis diqqəti futbolçuların fiziki hazırlığına yönəldir və hücumçunun ağır zədədən sonra bərpa prosesinin tədricən yekunlaşmasını planlaşdırır.

"Santos"un şərəfini qoruyan Neymar dizindəki zədə səbəbindən mövsümün əhəmiyyətli hissəsindən kənarda qalıb və ilkin olaraq fevral ayında tədricən meydanlara qayıdacağı proqnozlaşdırılırdı, lakin təcrübəli məşqçi onun yoldaşlıq görüşlərində iştirakını vacib hesab etmir. Ulduz oyunçunun fiziki və texniki göstəriciləri təhlil edildikdən sonra, Neymarın 2026-cı il Dünya Çempionatına aparılıb-aparılmayacağı ilə bağlı yekun qərarın may ayında verilməsi nəzərdə tutulur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər