Karyerasını ÇSKA-da davam etdirə bilər
İdman
56
21:27, Bu gün

Karyerasını ÇSKA-da davam etdirə bilər

Dünya futbolunun ulduzlarından olan Filippe Koutinyo karyerasını Rusiyada davam etdirə bilər.

Moderator.az ESPN-ə istinadən xəbər verir ki, “Barselona”, “Liverpul” və “Bavariya”nın sabiq yarımmüdafiəçisi Moskvanın MOİK (ÇSKA) klubundan rəsmi təklif alıb.

Ordu klubu braziliyalı futbolçunu azad agent kimi heyətinə qatmağı planlaşdırır.

Məlumata görə, Koutinyonun son klubu olan “Vasko da Qama” ilə müqaviləsi elə futbolçunun öz təşəbbüsü ilə ləğv edilib. Buna səbəb Braziliya liqasındakı son matçda azarkeşlərin onu fitə basması və oyunçunun fasilədə əvəzləndikdən sonra ehtiyat oyunçular skamyasına qayıtmaması olub.

Qeyd edək ki, karyerası ərzində Çempionlar Liqası, Kopa Amerika, eləcə də İspaniya, Almaniya və İtaliyada müxtəlif titullar qazanan 32 yaşlı futbolçu Braziliya millisinin heyətində keçirdiyi 68 oyunda 21 qol vurub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər