Azərbaycan güləşçiləri Albaniyada final və üçüncü yer uğrunda görüşlərdə çıxış edəcəklər
İdman
43
20:57, Bu gün

Azərbaycan güləşçiləri Albaniyada final və üçüncü yer uğrunda görüşlərdə çıxış edəcəklər

Azərbaycanın sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən "Muhamet Malo" turnirində mübarizəyə start veriblər.

Moderator.az xəbər verir ki, reytinq turnirində təmsilçilərimizdən biri finala, digər ikisi isə üçüncü yer uğrunda görüşə vəsiqə qazanıb.

65 kq çəkidə yarışan Rəşid Babazadə yarımfinala qədər uğurla çıxış edib və finala gedən yolda Azərbaycan əsilli amerikalı dünya çempionu Vitali Orucova qalib gələrək qızıl medal uğrunda görüşdə iştirak etmək hüququ qazanıb.

İslam Bazarqanov (57 kq) və Arseniy Djioyev (86) isə üçüncü yer uğrunda qarşılaşmalarda qüvvələrini sınayacaqlar.

Medallar uğrunda qarşılaşmalar Bakı vaxtı ilə 21:00-da start götürəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər