17:39
6°C
Bakı
Kristian Kivu İtaliyanın "İnter" klubu ilə müqavilə müddətini 2028-ci ilə qədər uzadacaq.
Moderator.az-ın məlumatına görə, bu barədə insayder Nikolo Şira özünün "X" səhifəsində yazıb.
Rumıniyalı baş məşqçinin anlaşmasına müddətin daha bir il artırılması bəndi də daxil ediləcək. Həmçinin 45 yaşlı mütəxəssisin maaşı da artırılacaq. Kivu 2025-ci ilin iyunundan "qara-göylər"ə rəhbərlik edir.
"İnter" UEFA Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun nəticəsinə (1:3, 1:2) görə "Budyo Qlimt" (Norveç) uduzaraq turnirdə mübarizəni dayandırıb.
Qeyd edək ki, K.Kivu futbolçu karyerası ərzində "İnter", "Roma" (hər ikisi İtaliya) "Ayaks" (Niderland) və ölkəsində "Reşitsa" klublarının formasını geyinib.