17:53
6°C
Bakı
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası Moldovada keçirdiyi ilk yoxlama oyununda qələbə qazanıb.
Moderator.az xəbər verir ki, U-19 hazırlıq prosesi çərçivəsində Moldovanın müvafiq yaş qrupundan ibarət seçməsi ilə üz-üzə gəlib.
Vadul lui Voda şəhərindəki Texniki Mərkəzdə baş tutan qarşılaşma millimizin 2:1 hesablı üstünlüyü ilə başa çatıb.
Komandanın qollarını Nicat Nərimanov (61-ci dəqiqə) və İbrahim Babayev (82-ci dəqiqə) rəqib qapısından keçiriblər.
Qeyd edək ki, bu komandalar arasında ikinci yoxlama oyunu fevralın 27-də keçiriləcək.