Mərakeş millisi dünya çempionatı ərəfəsində baş məşqçisini itirib
İdman
102
16:35, Bu gün

Mərakeş millisi dünya çempionatı ərəfəsində baş məşqçisini itirib

Mərakeş millisinin baş məşqçisi Valid Reqraqi vəzifəsindən ayrılıb.

Moderator.az "RMC Sport"a istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis bununla bağlı Mərakeş Futbol Assosiasiyasına müraciət edib.

Qurum V.Reqraqi ilə qarşılıqlı razılıq əsasında vidalaşıb.

Baş məşqçinin karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcəyi gözlənilir.

Qeyd edək ki, Mərakeş millisi bu il keçiriləcək dünya çempionatının qrup mərhələsində Braziliya, Haiti və Şotlandiya ilə üz-üzə gələcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər