Boksçumuz Zidan Hünbətov beynəlxalq turnirdə erməni rəqibinə qalib gəldi
İdman
41
16:18, Bu gün

Boksçumuz Zidan Hünbətov beynəlxalq turnirdə erməni rəqibinə qalib gəldi

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə "Strandja" beynəlxalq turniri davam edir.

Moderator.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha iki idmançısı qələbə qazanıb.

55 kq-da Zidan Hünbətov 1/8 finalda Jirayr Sarqsyanla (Ermənistan) döyüşüb. Boksçumuz erməni rəqibinə heç bir şans verməyib və hakimlərin yekdil qərarı ilə qələbə qazanıb - 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28). O, növbəti görüşdə ukraynalı Maksim Zimenko (Ukrayna) ilə üz-üzə gələcək. Döyüş fevralın 27-nə planlaşdırılır.

Malik Həsənov (65 kq) da turnirə qələbə ilə başlayıb. O, Cakomo Canniottini (İtaliya) məğlub edib. Rəqib zədələndiyi üçün boksçumuz ikinci raundda qalib elan olunub - 4:0 (20:18, 19:19, 20:18, 20:18, 20:18). Həsənov fevralın 26-da 1/8 finalda ilk mərhələdən azad olan Artur Saakyanla (Ermənistan) qarşılaşacaq.

Qeyd edək ki, yarışa martın 1-də yekun vurulacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər