Bizi sosial şəbəkələrdən izləyin:
"Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasında (ÇL) antirekord müəyyənləşdirib.
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Opta" idman analitikası şirkəti məlumat yayıb.
Məlumata görə, Ağdam təmsilçisi ÇL-in əsas mərhələsində və 1/8 finala vəsiqə uğrunda pley-off görüşlərində qapısından 30 top buraxıb.
İndiyə qədər sözügedən nüfuzlu turnirdə heç bir klubun qapısına bu qədər qol vurulmayıb.
Xəbərdə bildirilir ki, "Qarabağ"ın antirekordla üzləşməsinə ÇL-in əsas mərhələsində oyunların sayının çoxalması da təsirini göstərib.
Qeyd edək ki, dünən "Qarabağ" ÇL-in 1/8 finalına vəsiqə uğrunda pley-off mərhələsinin cavab oyununda İngiltərədə "Nyukasl" 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.