İdman
472
01:09, Bu gün

"Qarabağ" "Nyukasl"a qarşı: Oyunda qol yağışı - CANLI YAYIM

"Qarabağ" top fərqini yenidən minimuma endirib.

Moderator.az xəbər verir ki, "Qarabağ"ın heyətində oyunun 57-ci dəqiqəsində Elvin Cəfərquliyev top fərqini azaldıb - 3:2.

01:09

Ev sahibi komanda oyunda yenidən hesabı artırıb.

Moderator.az xəbər verir ki, "Nyukasl"ın heyətində oyunun 52-ci dəqiqəsində Botman fərqlənib - 3:1.

01:06

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda səfərdə "Nyukasl"a qarşı oynayır.

Moderator.az xəbər verir ki, "Qarabağ"ın heyətində oyunun 51-ci dəqiqəsində Kamilo Duran top fərqini azaldıb - 2:1.

 

00:08

Ev sahibi komanda oyunda hesabı artırıb.

Moderator.az xəbər verir ki, "Nyukasl"ın heyətində oyunun 6-cı dəqiqəsində Joelinton fərqlənib - 2:0.

00:05

Oyunda hesab açılıb.

Moderator.az xəbər verir ki, "Nyukasl"ın heyətində oyunun 5-ci dəqiqəsində Sandro Tonali hesabı açıb - 1:0.

00:00

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ" bu gecə növbəti oyununa çıxır.

Moderator.az xəbər verir ki, təmsilçimiz İngiltərənin "Nyukasl Yunayted" klubu ilə üz-üzə gəlir.

"Sent Ceyms Park" stadionunda keçirilən matç başlayıb.

24 fevral, 22:58

UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək İngiltərənin "Nyukasl" və "Qarabağ" kollektivlərinin start heyətləri bəlli olub.

Moderator.az bildirir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Nyukasl": Eron Ramzdeyl, Sven Botman, Joelinton, Sandro Tonali, Xarvi Barns, Uilyam Osula, Kiran Tripper (k), Ceykob Mörfi, Nik Voltemade, Den Bern, Aleks Mörfi.

"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir, Joni Montiel, Bədavi Hüseynov (k), Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

"Nyukasl" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Bakıda keçirilən ilk görüşdə "Qarabağ" rəqibinə 1:6 hesabı ilə uduzub.

Qeyd edək ki, qarşılaşmanı canlı olaraq izləyə bilərsiniz.

24 fevral, 08:00

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ" bu gecə növbəti oyununa çıxacaq.

Moderator.az xəbər verir ki, təmsilçimiz İngiltərənin "Nyukasl Yunayted" klubu ilə üz-üzə gələcək.

"Sent Ceyms Park" stadionunda keçirələcək matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Oyunu İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi tanınmış FIFA referisi Davide Massa olacaq. Ona yan xətt hakimləri Filippo Meli və Stefano Alassio kömək edəcəklər. Dördüncü hakim funksiyasını Luka Payretto yerinə yetirəcək. VAR hakimi Daniele Kiffi, onun köməkçisi almaniyalı Kristian Dinqert olacaq.

Qeyd edək ki, "Qarabağ" Bakıda keçirilən ilk oyunda "Nyukas Yunayted" klubuna 1:6 hesabı ilə məğlub olub.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi

25 fevral

00:00. "Nyukasl Yunayted" - "Qarabağ"

 

Link kopyalandı!
Son xəbərlər