İdman
120
24 Feb 2026 | 23:38

"Benfika"nın prezidentindən Vinisius Juniora qarşı irqçilik qalmaqalı barədə açıqlama

"Benfika" klubunun prezidenti Rui Koşta "Real Madrid"in forvardı Vinisius Junior və Lissabon təmsilçisinin gənc yarımmüdafiəçisi Canluka Prestianni arasında yaşanan irqçilik qalmaqalına münasibət bildirib.

Moderator.az "Record" nəşrinə istinadla məlumat verir ki, sözügedən hadisə Çempionlar Liqasının pley-off mərhələsinin ilk qarşılaşmasında qeydə alınıb. Bu hadisədən sonra UEFA Prestianniyə qarşı müvəqqəti diskvalifikasiya cəzası tətbiq edib.

Braziliyalı hücumçu Vinisius, oyunun baş hakimi Fransua Leteksyeyə müraciət edərək, rəqib oyunçunun onu "meymun" adlandırdığını və təhqirə məruz qaldığını iddia edib.

"Biz heç bir sübutun olmadığını əsas gətirərək apelyasiya şikayəti ünvanladıq. Hesab edirik ki, bu vəziyyət futbolçunun növbəti oyunu buraxması üçün kifayət qədər əsas vermir. Vinisius Junior yalan danışıb? Mən meydançada deyildim, buna görə də dəqiq nə deyildiyini bilmirəm. Ancaq bir şeyi əminliklə söyləyə bilərəm: öz oyunçuma güvənirəm. Prestianni irqçilikdə günahlandırılır, lakin mən zəmanət verirəm ki, bu, həqiqətə uyğun deyil. İndiyə qədər mətbuata açıqlama verməməyimin səbəbi rəsmi qərarın olmaması idi. Qəti qərar gözlədiyimiz halda, yekunda futbolçumuza sadəcə müvəqqəti cəza kəsildi", - deyə Kosta vurğulayıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər