Daha bir ölkə Paralimpiya Oyunlarının açılışını boykot edəcək
İdman
93
22:55, Bu gün

Daha bir ölkə Paralimpiya Oyunlarının açılışını boykot edəcək

Hollandiya Rusiya simvollarına görə Paralimpiya Oyunlarının açılışını boykot edəcək.

Moderator.az xəbər verir ki, bu barədə "Algemeen Dagblad" qəzeti Hollandiya Olimpiya Komitəsinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Rusiya və Belarus milli simvollarının olması səbəbindən Niderland nümayəndələri Paralimpiya Oyunlarının açılış mərasimində iştirak etməyi planlaşdırmırlar.

Qəzet yazır ki, Hollandiyadan heç bir nümayəndə 6 martda İtaliyada keçiriləcək açılış mərasimində iştirak etməyəcək.

Fevralın 23-də Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) prezidenti Endryu Parsons Rusiya idmançılarının 2026-cı il Oyunlarında milli simvollar geyinərək yarışacaqlarını açıqlayıb.

Bu açıqlamadan sonra Ukrayna, Çexiya və Finlandiya Paralimpiya Oyunlarının açılış mərasimini boykot edəcəklərini bəyan ediblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər