İdman
52
19:30, Bu gün

"Barselona" Reşfordun birdəfəlik transferi üçün hərəkətə keçib

İspaniyanın "Barselona" klubu İngiltərə millisinin hücumçusu Markus Reşfordun transferi ilə bağlı futbolçunun agentləri ilə görüş keçirib.

Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər forvardın tam transferi variantını müzakirə ediblər.

Kataloniya təmsilçisi futbolçunu birdəfəlik heyətinə qatmaq niyyətindədir.

Transferin reallaşması əsasən maliyyə şərtlərindən və oyunçunun müqavilə detalları üzrə razılaşmadan asılı olacaq.

La Liqa təmsilçisi bu keçid üçün qarşı tərəfə 30 milyon avro ödəməyə hazırdır.

Reşfordun özü də daimi olaraq "Barselona"da qalmaq istəyir.

Qeyd edək ki, Reşford cari mövsüm icarə əsasında "Barselona"nın heyətində bütün turnirlərdə 34 oyunda 10 qol vurub və 10 məhsuldar ötürmə edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər