Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün Azərbaycan Premyer Liqasında XIV turdan təxirə salınmış “Qəbələ” – “Turan Tovuz” oyunu keçiriləcək.
Moderator.az xəbər verir ki, qarşılaşma Qəbələ şəhər stadionunda saat 15:00-da baş tutacaq.
Hazırda Kurban Berdıyevin rəhbərlik etdiyi “bozqurdlar” 37 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Kaxaber Tsxadadzenin baş məşaçisi olduğu “qırmızı-qaralar” isə 15 xalla 10-cu pillədə yer alır.
Xatırladaq ki, qarşılaşma 2025-ci il dekabrın 8-də keçirilməli idi. Lakin oyun 24-cü dəqiqədə qatı duman səbəbindən yarımçıq dayandırılaraq təxirə salınıb.