UEFA
İdman
131
22:10, Bu gün

UEFA "Benfika"nın futbolçusunu irqçiliyə görə cəzalandırdı

UEFA-nın Etika, Nəzarət və İntizam Komitəsi "Benfika" futbol klubunun argentinalı yarımmüdafiəçisi Canluka Prestiannini Çempionlar Liqasının 1/8 finalına vəsiqə uğrunda "Real Madrid" klubuna qarşı keçiriləcək cavab matçından kənarlaşdırmaq barədə qərar qəbul edib.

Moderator.az xəbər verir ki, bu barədə komitənin bəyanatında deyilir.

"Komitə UEFA-nın intizam reqlamentinin diskriminasiya xarakterli davranışla bağlı maddəsini pozduğuna görə Prestianninin UEFA-nın növbəti klub turniri matçında iştirakını qadağan etmək qərarına gəlib. Bu, hazırkı araşdırma başa çatdıqdan sonra UEFA-nın intizam orqanlarının qəbul edə biləcəyi hər hansı növbəti qərarlara təsir göstərmir. Bu məsələ ilə bağlı əlavə məlumat müvafiq vaxtda təqdim olunacaq", - deyə komitənin bəyanatında bildirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər