22:06
6°C
Bakı
FIFA İntizam Komitəsi Türkiyənin 1-ci Liqa təmsilçisi "Adana Dəmirspor"a 12 xalının silinməsi cəzasını verib.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Komanda hazırda liqada mənfi 51 xalla sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, millimizin futbolçusu Şahruddin Məhəmmədəliyev 2023/24 mövsümündə "Adana Dəmirspor"da oynayıb. Adana klubu Ş.Məhəmmədəliyevə ödənilməmiş mükafat olaraq 100 min ABŞ dolları (təxminən 170 min manat) verməlidir. Milli üzvü müqaviləsinin pozulmasına görə isə kompensasiya olaraq 607 min dollar (təxminən 1 milyon 31 min manat) almalıdır.
Xatırladaq ki, "Adana Dəmirspor" klubu daha əvvəl də analoji cəza ilə üzləşmişdi.