İdman
205
20:17, Bu gün

"Neftçi" Anatoli Banişevskinin 9 nömrəli formasını əbədiləşdirdi

"Neftçi" futbol klubu əfsanəvi futbolçusu Anatoli Banişevskinin 9 nömrəli formasını əbədiləşdirib.

Moderator.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, "Neftçi" Peşəkar Futbol Klubunun qərarı ilə, 2026/27 mövsümündən etibarən komandanın 9 nömrəli forması fevralın 23-də anadan olmasından 80 il ötən unudulmaz Anatoli Banişevskinin xatirəsinə əbədiləşdirilib.

"O, 16 il ərzində bu nömrəni şərəf və sədaqətlə geyindi. Bu formanı heç nəyə dəyişmədi. Bu nömrə altında saysız-hesabsız qələbə qolu vurdu, "Neftçi" adını yüksəklərə daşıdı. Bundan sonra da "Neftçi"nin 9 nömrəli forması əbədiyyətə qədər Anatoli Banişevskinin olacaq. Bu, fəaliyyətdə olduğu 89 il ərzində Azərbaycan futbolunu hər zaman irəli aparmış "Neftçi"yə, onun şanlı tarixinə, formasını geymiş yüzlərlə futbolçuya əfsanəvi Anatoli Banişevskinin simasında sərgilədiyimiz hörmətdir", - mlumatda qeyd olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər