İdman
285
17:20, Bu gün

"Roma"nın futbolçusu Argentina klubuna keçə bilər

İtaliyanın "Roma" klubunda çıxış edən Paulo Dibalanın gələcəyi qeyri-müəyyəndir.

Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, cari mövsümün sonunda "canavarlar"la müqaviləsinin müddəti başa çatacaq futbolçu "Boka Xuniors"la (Argentina) danışıqlar aparır.

Argentinalı hücumçunun yayda ölkəsinə qayıdacağı istisna olunmur. Bununla yanaşı, "Roma" da ona yeni – daha uyğun şərtlərlə müqavilə təklif etməyi düşünür.

Qeyd edək ki, Dibala cari mövsümdə 22 oyunda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər