İdman
183
14:51, Bu gün

""Nyukasl"la cavab oyununa yaxşı hazırlaşmışıq" - Qurban Qurbanov

İlk matçdakı nəticədən sonra cavab oyunu haqqında danışmaq asan deyil.
 
Moderator.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə “Nyukasl”a qarşı keçirəcəkləri cavab oyunundan öncə mətbuat konfransında deyib.
 
O, matçı analiz etməyə kifayət qədər vaxtlarının olduğunu bildirib: "Birinci oyun bizim üçün yaxşı olmadı. Psixoloji zərbə aldıq. "Nyukasl" qarşılaşmaya yüksək səviyyədə hazırlaşmışdı. İlk dəqiqlərdə buraxılan qollar komandaya pis təsir etdi. Cavab matçına yaxşı hazırlaşmışıq. Səfərdə daha diqqətli oynamalıyıq".
 
Baş məşqçi açıq məşq və mətbuat konfransının Bakıda olmasına da münasibət bildirib: "Məşq proqramımız pozulurdu. Həm də böyük zaman sərf etmiş olacaqdıq. Bəzən rəqiblərimiz də bu yollara əl atır".
 
Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə “Sent Ceyms Park” stadionunda təşkil olunacaq “Nyukasl” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk matçda İngiltərə klubu 6:1 hesablı qələbə qazanıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər