Sərbəst güləşçimiz Belarusda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb
İdman
243
13:26, Bu gün

Sərbəst güləşçimiz Belarusda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb

Belarusun paytaxtı Minsk şəhərində əfsanəvi idmançı, üçqat olimpiya çempionu Aleksandr Medvedin şərəfinə təşkil olunan ənənəvi xatirə turniri yekunlaşıb. Yarışda 92 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycanın sərbəst güləşçisi Abubakar Abakarov inamlı təsir bağışlayaraq qızıl medala sahib çıxıb.
 
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, turnir boyu qarşılaşdığı bütün rəqiblərini məğlubiyyətə uğradan təmsilçimiz fəxri kürsünün zirvəsinə yüksəlməyi bacarıb.
 
Həlledici final qarşılaşmasında Dağıstan təmsilçisi Qamzat Qasanovla üz-üzə gələn Abakarov rəqibi üzərində 12:5 hesablı parlaq qələbə qazanaraq turnirin çempionu olub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər