Nəriman Axundzadənin yeni klubundakı forma nömrəsi bəlli oldu
İdman
203
13:12, Bu gün

Nəriman Axundzadənin yeni klubundakı forma nömrəsi bəlli oldu

Azərbaycan yığmasının üzvü Nəriman Axundzadənin Amerika Birləşmiş Ştatlarının "Kolambus Kryu" komandasında çıxış edəcəyi forma nömrəsi məlum olub.
 
Moderator.az xəbər verir ki, gənc hücumçu okeanın o tayındakı yeni klubunda 90 nömrəli formanı daşıyacaq.
 
Xatırladaq ki, Nəriman Axundzadə bu transfer dönəmində "Qarabağ" futbol klubundan ayrılaraq MLS təmsilçisi ilə anlaşıb. Futbolçu viza prosedurlarını tamamladıqdan sonra ABŞ klubunun düşərgəsinə yollanacaq.
 
Qeyd edək ki, hücumçu "Kolambus Kryu" ilə 2029-cu ilə qədər nəzərdə tutulan sözləşməyə imza atıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər