Bizi sosial şəbəkələrdən izləyin:
Futbol üzrə Azərbaycan çempionatında son doqquz mövsümün antirekordu təkrarlanıb.
Moderator.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXI turunda reallaşıb.
Turdakı beş qarşılaşmada beş qol vurulub. "Turan Tovuz" "Zirə"ni, "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı iki, "Sabah" "Kəpəz"i bir qolla məğlub edib. "Sumqayıt" - "Qəbələ", "İmişli" - "Şamaxı" qarşılaşmaları qolsuz heç-heçə ilə başa çatıb. "Neftçi" - "Qarabağ" oyunu isə təxirə salınıb.
Baş tutan 5 görüşdə orta məhsuldarlıq 1-ə bərabər olub. Orta məhsuldarlığın 1 olması son 9 mövsümün antirekordunun təkrarıdır. Belə göstərici sonuncu dəfə ötən mövsümün XII turunda qeydə alınıb. 2024-cü il noyabrın 1-3-də keçirilən 5 matçda 5 qol vurulub.
Bu, mövsümün isə yeni antirekordudur. Ardıcıl ikinci turda məhsuldarlıq antirekordu qeydə alınır. Ötən turun 6 matçında 8 qol vurulmuşdu. Orta məhsuldarlıq 1.33-ə bərabər idi.
Qeyd edək ki, daha aşağı məhsuldarlıq sonuncu dəfə 2016/2017 mövsümünə təsadüf edib. II turun 4 oyununda 3 qol vurulub və məhsuldarlıq 0.75 olub.