İngiltərə Premyer Liqası:
İdman
125
22 Feb 2026 | 23:26

İngiltərə Premyer Liqası: "Arsenal" "Tottenhem"i məğlub etdi 

İngiltərə Premyer Liqasının 27-ci turunda "Tottenhem" London derbisində "Arsenal"ı qəbul edib.

Moderator.az xəbər verir ki, qarşılaşma "Arsenal"ın 1:4 hesablı qələbəsi ilə başa çatıb.

"Arsenal"ın heyətində Ebereçi Eze və Viktor Qyokereş dubla imza atıblar.

Bu turdan sonra "Arsenal" 61 xalla turnir cədvəlinə başçılıq edir, "Tottenhem" isə 29 xalla 16-cı yerdədir.

Link kopyalandı!
Son xəbərlər