23:08
6°C
Bakı
"Qarabağ" futbol klubunun mərkəz müdafiəçisi Sami Mmae heyətdən kənarlaşdırılıb.
Moderator.az xəbər verir ki, bu barədə oxu.az-a klubun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.
Qarabağdan ŞOK qərar: Sami Mmae əsas heyətdən kənarlaşdırıldı
O bildirib ki, bu barədə məşqçilər heyəti qərar qəbul edib:
"Məşqçilər heyətinin birgə qərarına əsasən, futbolçu əvəzedici heyətə göndərilib".
Qeyd edək ki, Ağdam təmsilçisi Mmaeni ötən ilin yayında "Dinamo Zaqreb"dən transfer edib. 28 yaşlı mərkəz müdafiəçisi ilə birillik icarə müqaviləsi imzalanıb.