İspaniya La Liqası:
İdman
385
22 Feb 2026 | 21:51

İspaniya La Liqası: "Barselona" çempionatda liderliyə yüksəldi

İspaniya La Liqasının 25-ci turunda "Barselona" klubu və "Levante"ni qəbul edib.

Moderator.az xəbər verir ki, qarşılaşma meydan sahibi komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları 4-cü dəqiqədə Mark Bernal, 32-ci dəqiqədə Frenki de Yonq və 81-ci dəqiqədə Fermin Lopes vurublar.

25 oyundan sonra "Barselona" 61 xalla turnir cədvəlinə başçılıq edir. Levante 18 xalla 19-cu yerdədir.

Link kopyalandı!
Son xəbərlər