Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində “Sabah” və “Kəpəz” komandaları üz-üzə gəlib.
Moderator.az xəbər verir ki, “Bank Respublika Arena”da baş tutan qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
FIFA referisi Əlyar Ağayevin idarə etdiyi görüşdə yeganə qolu 87-ci dəqiqədə Kahim Parris vurub.
Bu nəticədən sonra Valdas Dambrauskasın komandası xallarını 52-yə çatdıraraq turnir cədvəlində liderliyini möhkəmləndirib. Azər Bağırovun kollektivi isə 13 xalla 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, günün daha əvvəl keçirilən “İmişli” – “Şamaxı” qarşılaşmasında da hesab açılmayıb. Turun digər oyunlarında “Araz-Naxçıvan” səfərdə “Karvan-Yevlax”ı, “Turan Tovuz” isə “Azersun Arena”da “Zirə”ni 2:0 hesabı ilə məğlub edib. “Sumqayıt” – “Qəbələ” matçı isə qolsuz bərabərliklə başa çatıb.