Ülviyyə Fətəliyeva karyerasında ilk dəfə Azərbaycan çempionu oldu
İdman
339
18:05, Bu gün

Ülviyyə Fətəliyeva karyerasında ilk dəfə Azərbaycan çempionu oldu

Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatında qalib və mükafatçılar məlum olub.

Moderator.az xəbər verir ki, bu barədə Şahmat Federasiyası məlumat yayıb.

Bildirilib ki, üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Türkan Məmmədyarovanı üstələyib 1,5-0,5.

Final görüşündə isə Ülviyyə Fətəliyeva Ayan Allahverdiyevanı məğlub edib. Tay-breykdə 1,5-0,5 hesablı qələbə qazanan Ülviyyə Fətəliyeva karyerasında ilk dəfə Azərbaycan çempionu olub.

Link kopyalandı!
Son xəbərlər