15:40
9°C
Bakı
Niderland Erediviziyasında 24-cü turun oyunları keçirilir.
Moderator.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozancan Kökçünün formasını geyindiyi "Volendam" səfərdə "NAK Breda" ilə qarşılaşıb.
Kökçünün komandası rəqibinə 0:1 hesabı ilə uduzub.
Kökçü meydana start heyətində çıxıb və görüşün 56-cı dəqiqəsində əvəzlənib.
Bu nəticədən sonra "Volendam" 24 xalla turnir cədvəlində 14-cü pillədədir.