Ronaldo futboldakı gələcəyi ilə bağlı bəyanat verdi
İdman
171
10:22, Bu gün

Ronaldo futboldakı gələcəyi ilə bağlı bəyanat verdi

"Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldo Pro-Liqanın 23-cü turunun "Əl-Hazem" ilə oyundan sonra futboldakı gələcəyi ilə bağlı bəyanat verib.

Moderator.az xəbər verir ki, jurnalist Fabritsio Romano öz sosial şəbəkə hesablarında Ronaldunun bəyanatından sitat gətirib.

"Hazırda mən Səudiyyə Ərəbistanına aidəm. Bu ölkədə çıxış etməyə davam etmək istəyirəm. O məni, ailəmi və dostlarımı qəbul etdi. Burada olduğum üçün xoşbəxtəm və qalmaq istəyirəm!", - deyə Ronaldu vurğulayıb.

Qeyd edək ki, 41 yaşlı portuqaliyalı "Əl-Hazem" ilə görüşdə dublla yadda qalıb, komandası isə 4:0 hesablı darmadağınla qalib gəlib.

 

Link kopyalandı!
Son xəbərlər