Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün üçüncü oyununa çıxıb.
Moderator.az xəbər verir ki, B qrupunda Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma 1:0 hesablı qələbəyə sevinib.
Matç Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilib.
Qələbə qolunu 42-ci dəqiqədə Əli Bəşirov vurub.
Qeyd edək ki, millimiz əvvəlki görüşlərdə Özbəkistana 1:3, Rusiya millisinə 1:7 hesabı ilə məğlub olub