Zidanın yeni iş yeri BİLİNDİ - İlkin razılıq əldə olunub
İdman
205
18:15, Bu gün

Zidanın yeni iş yeri BİLİNDİ - İlkin razılıq əldə olunub

"Real Madrid"in keçmiş baş məşqçisi Zinəddin Zidan 2026-cı il dünya çempionatından sonra Fransa millisinə rəhbərlik edəcəyi ilə bağlı şifahi razılığa gəlib.
 
Moderator.az-ın xəbərinə görə, bu barədə insayder Fabritsio Romano öz podkastında məlumat verib.
 
"Zinəddin Zidan ətrafında "Real Madrid"lə bağlı həmişə çoxlu şayiələr gəzir və təkcə bu deyil. Zidanla bağlı vəziyyətə gəlincə, mənə deyirlər ki, bütün bu şayiələrə baxmayaraq, hər şey tamamilə aydındır.
 
Onunla Fransa Futbol Federasiyası arasında artıq şifahi razılaşma var ki, Zidan dünya çempionatından sonra millinin baş məşqçisi olacaq.
 
Hazırda bütün diqqət Deşamla Dünya Kubokuna yönəlib. Federasiyaya oyunçulara və Deşamın özünə böyük hörmətlə yanaşır. Qarşıda turnir var, amma dünya çempionatından sonra bu təyinat gerçəkləşəcək.
 
Lakin, futbolda imza atmadığın müddətcə hər şey ola bilər", - deyə F.Romano bildirib.
 
Qeyd edək ki, 53 yaşlı Z.Zidan 2021-ci ilin iyun ayında "Real Madrid" klubunun baş məşqçisi vəzifəsini tərk edib və o vaxtdan işsizdir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər