“Araz-Naxçıvan” “Karvan-Yevlax”ı məğlub etdi
İdman
336
16:52, Bu gün

“Araz-Naxçıvan” “Karvan-Yevlax”ı məğlub etdi

Azərbaycan Premyer Liqasının XXI turunda “Karvan-Yevlax” və “Araz-Naxçıvan” komandaları üz-üzə gəlib.
 
Moderator.az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Baş hakim İnqilab Məmmədovun idarə etdiyi görüşdə qolları Felipe Santos vurub. Braziliyalı futbolçu qarşılaşmanın 32-ci dəqiqəsində oyun epizodundan, 51-ci dəqiqəsində isə penaltidən fərqlənib.
 
Bu nəticədən sonra Andrey Demçenkonun komandası xallarının sayını 33-ə çatdıraraq turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib. Fizuli Məmmədovun rəhbərlik etdiyi kollektiv isə hazırda 6 xalla 12-ci pillədə qərarlaşıb.
 
Qeyd edək ki, turun daha öncə keçirilən oyunlarında “Turan Tovuz” “Azersun Arena”da “Zirə”ni 2:0 hesabı ilə məğlub edib, “Sumqayıt” – “Qəbələ” oyunu isə qolsuz heç-heçə ilə yekunlaşıb. Tura fevralın 22-də yekun vurulacaq.
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər