Olimpiya oyunlarında dəhşətli hadisə
İdman
183
14:10, Bu gün

Olimpiya oyunlarında dəhşətli hadisə

Polşalı qadın şort-trekçi (qısa məsafəli konkisürmə) Kamila Selyer 2026-cı il Qış Olimpiya Oyunlarında 1500 metrlik məsafədə dörddəbir final yarışının altıncı qaçışı zamanı dəhşətli zədə alıb.

Moderator.az-ın xəbərinə görə, bu barədə REN TV nəşri məlumat verib.

Məlumata görə, 25 yaşlı idmançı dönüş etdiyi zaman ABŞ-li konkisürən Kristen Santos-Qrisvoldun konkisinin bıçağı onun göz yuvasının aşağı hissəsinə dəyib və polşalı huşunu itirib. Hadisə nəticəsində Kamila Selyerin göz nahiyəsində qanaxma baş verib. Tibbi yardım göstərildikdən sonra Selyer xərəkdə yarış meydançasından çıxarılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər