Neymar bu il karyerasını başa vuracağını istisna etməyib
İdman
218
20 Feb 2026 | 23:55

Neymar bu il karyerasını başa vuracağını istisna etməyib

"Santos"un hücumçusu Neymar qarşıdakı dekabr ayında peşəkar karyerasını başa vura biləcəyini istisna etməyib.

Moderator.az xəbər verir ki, bu barədə Neymar "Cazé TV"yə müsahibəsində bildirib.

"Bundan sonra nə olacağını bilmirəm, bəlkə də dekabrda karyeramı bitirəcəyəm, görək qəlbim mənə nə deyəcək", - deyə o vurğulayıb.

34 yaşlı hücumçu 2025-ci ilin yanvarından "Santos"da çıxış edir. Oyunçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin sonuna qədər nəzərdə tutulub.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər