20:41
7°C
Bakı
İstanbulun "Fənərbağça" klubu heyətində ciddi itki ilə üzləşib.
Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, komandanın kapitanı Milan Şkrinyarın sağ qasıq nahiyəsində qismən yırtıq aşkarlanıb və oyunçunun müalicəsinə başlanılıb.
Xatırladaq ki, təcrübəli müdafiəçi UEFA Avropa Liqasının pley-off turu çərçivəsində keçirilən "Nottingem Forest"lə matçın 26-cı dəqiqəsində xəsarət alaraq meydandan çıxmaq məcburiyyətində qalmışdı.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması İngiltərədə fevralın 27-də baş tutacaq.
