18:46
8°C
Bakı
Belarusun Brest şəhərində baş tutan Açıq Paraüzgüçülük Kubokunda Azərbaycanı təmsil edən Raman Saley uğurlu çıxış edərək aktivinə iki qızıl medal yazdırıb.
Bu barədə Moderator.az-a Azərbaycan Milli Paralimpiya Komitəsindən bildirilib.
S12 kateqoriyasında yarışan paralimpiyaçımız iki müxtəlif üsulla üzmə yarışlarında rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsini fəth edib.
İdmançı 100 metr məsafəyə sərbəst üsulla üzmədə 55.29 saniyəlik nəticə nümayiş etdirib. Bundan əlavə, R.Saley eyni məsafəyə "butterfly" (kəpənək) üsulu ilə yarışda da 59.17 saniyəlik göstərici ilə qızıl medalın sahibi olub.