Azərbaycan millisi beynəlxalq turnirdə ikinci oyununa çıxacaq
İdman
206
11:46, Bu gün

Azərbaycan millisi beynəlxalq turnirdə ikinci oyununa çıxacaq

Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət millisi Beynəlxalq İnkişaf Turnirində bu gün ikinci oyuna çıxacaq.
 
Moderator.az xəbər verir ki, B qrupunda yer alan milli Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
 
Belarusun paytaxtı Minskdəki yerli futbol federasiyasının məşq meydanında keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:20-də başlayacaq.
 
Qeyd edək ki, U-18 ötən gün keçirdiyi ilk matçda Rusiyanın müvafiq yaş qrupundan ibarət kollektivinə 1:7 hesabı ilə məğlub olub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər