00:57
10°C
Bakı
UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində daha dörd qarşılaşma baş tutub.
Moderator.az xəbər verir ki, maraqla gözlənilən matçlardan biri İstanbulda baş tutub.
Yerli "Fənərbağça" İngiltərə təmsilçisi "Nottingem Forest"i qəbul edib. Qarşılaşma "Fənərbağça"nın məğlubiyyəti ilə yekunlaşıb - 0:3.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
"Brann" (Norveç) - "Bolonya" (İtaliya) - 0:1;
"Dinamo Zaqreb" (Xorvatiya) - "Genk" (Belçika) - 1:3;
PAOK (Yunanıstan) - "Selta Viqo" (İspaniya) - 1:2.