Çempionlar Liqası: Həftənin futbolçusu adına namizədlər açıqlandı
İdman
253
11:18, Bu gün

Çempionlar Liqası: Həftənin futbolçusu adına namizədlər açıqlandı

UEFA Çempionlar Liqasında həftənin futbolçusu adına namizədləri açıqlayıb.
 
Moderator.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, pley-off mərhələsinin ilk oyunlarından sonra 4 futbolçu ən yaxşı adına iddia edəcək.
 
Namizədlər bunlardır:
 
1 -“Nyukasl”ın hücumçusu Entoni Qordon – “Qarabağ”ın qapısına 4 qol vurub (6:1),
 
2 - PSJ-nin vingeri Dezire Due – “Monako” ilə oyunda dubl edib (3:2),
 
3 - “Budo/Qlimt”in forvardı Kasper Hög – “İnter”lə matçda 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub (3:1),
 
4 - “Bayer”in hücumçusu Patrik Şik – “Olimpiakos”un qapısına 2 qol vurub (2:0).
 
Həftənin ən yaxşısı UEFA-nın rəsmi saytında keçirilən səsvermə ilə seçiləcək.
 
Link kopyalandı!
Son xəbərlər