UEFA Çempionlar Liqası:
İdman
936
18 Feb 2026 | 23:38

UEFA Çempionlar Liqası: "Qarabağ" Bakıda "Nyukasl"a böyük hesabla uduzub - YENİLƏNİB

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Moderator.az-ın məlumatına görə, İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 1:6 hesabı ilə uduzub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda qonaq komandanın qollarını Entoni Qordon (3, 32-pen, 34, 45+1-pen), Malik Tşau (9) və Ceykob Merfi (72) vurublar.

Ağdam təmsilçisinin yeganə qolu isə 55-ci dəqiqədə Elvin Cəfərquliyevin aktivinə yazılıb.

Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə baş tutacaq.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Nyukasl" (İngiltərə) matçında qonaqlar daha bir qol vurublar.

Moderator.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda rəqib komanda üstünlüyünü bir qədər də möhkəmləndirib - 6:1.

72-ci dəqiqədə Ceykob Merfi fərqlənib.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında Ağdam təmsilçisi buraxılan qollardan birinin əvəzini çıxıb.

Moderator.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda ev sahibləri hesab arasındakı fərqi azaldıblar - 1:5.

55-ci dəqiqədə Elvin Cəfərquliyev rəqib komandasının qapısını dəqiq nişan alıb.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında ikinci hissə başlayıb.

Moderator.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda "Nyukasl"ın 5:0 hesbalı üstünlüyü var.

Görüşü norveçli FIFA referisi Espen Eskos idarə edir.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında ilk hissə başa çatıb.

Moderator.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda "Nyukasl" fasiləyə 5:0 hesabı ilə öndə yollanıb.

Görüşü norveçli FIFA referisi Espen Eskos idarə edir.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında növbəti qol vurulub.

Moderator.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar - 5:0.

45+1-ci dəqiqədə Entoni Qordon özünün dördüncü qolunu vurub.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında daha bir qol vurulub.

Moderator.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar - 4:0.

34-cü dəqiqədə Entoni Qordon het-trik edib.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında üçüncü qol vurulub.

Moderator.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar - 3:0.

32-ci dəqiqədə Entoni Qordon penaltidən fərqlənməklə dubl müəllifi olub.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında ikinci qol vurulub.

Moderator.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar - 2:0.

9-cu dəqiqədə Malik Tşau diqqət mərkəzinə düşüb.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında hesab açılıb.

Moderator.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesabda irəli çıxıblar.

3-cü dəqiqədə Entoni Qordon fərqlənib.

21:45

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin "Nyukasl" klubuna qarşı ilk oyununa çıxır.

Moderator.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun başlayıb.

20:42

UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək "Qarabağ" və İngiltərənin "Nyukasl" kollektivlərinin start heyətləri bəlli olub.

Moderator.az bildirir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

"Nyukasl": Nik Poup, Lyois Holl, Den Bern, Malik Tşau, Kiran Tripper (k), Co Uillok, Nik Voltemade, Sandro Tonali, Xavri Barns, Entoni Qordon, Antoni Elanqa.

Qeyd edək ki, görüş bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Link kopyalandı!
Son xəbərlər