Şahmat üzrə Azərbaycan çempionatında finalçılar məlum olub
İdman
368
20:20, Bu gün

Şahmat üzrə Azərbaycan çempionatında finalçılar məlum olub

Şahmat üzrə Azərbaycan çempionatında finalçılar məlum olub.

Moderator.az xəbər verir ki, kişilərin yarışında Məhəmməd Muradlı cavab görüşündə Read Səmədovu məğlub edərək finala vəsiqə qazanıb.

Şəhriyar Məmmədyarovla Aydın Süleymanlı arasında ikinci oyunda da heç-heçə qeydə alınıb. Tərəflər finala vəsiqənin sahibini tay-breykdə müəyyənləşdirəcək.

Qadınların mübarizəsində Ülviyyə Fətəliyeva-Gülnar Məmmədova arasında ikinci oyun heç-heçə başa çatıb. Ayan Allahverdiyeva isə Türkan Məmmədyarovanı məğlub edib.

Beləliklə qadın şahmatçıların finalında Ülviyyə Fətəliyeva Ayan Allahverdiyeva ilə qarşılaşacaq. Üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova və Türkan Məmmədyarova mübarizə aparacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər