Kadi Borgesə iki oyunluq cəza,
İdman
478
14:54, Bu gün

Kadi Borgesə iki oyunluq cəza, "Qarabağ"a 7000 manat cərimə

"Qarabağ"ın aparıcı üzvü Kadi Borges növbəti iki qarşılaşmanı buraxacaq.
 
Moderator.az-ın məlumatına görə, müvafiq qərar AFFA-nın İntizam Komitəsinin iclasında qəbul olunub.
 
Cəzaya səbəb kimi braziliyalı yarımmüdafiəçinin Misli Premyer Liqasının XX turu çərçivəsində "İmişli"yə qarşı keçirilən görüşdə birbaşa qırmızı vərəqə ilə meydandan qovulması göstərilib. "Köhlən atlar" futbolçusunun ciddi qayda pozuntusuna yol verməsi səbəbindən 1000 manat məbləğində cərimələnib.
 
Rəqib komanda "İmişli"nin heyətində çıxış edən Dioqo Almeyda isə hakimin qərarına etiraz etdiyi üçün ikinci sarı vərəqəni görərək meydanı tərk etməli olub və nəticədə bir oyunluq diskvalifikasiya olunub. Bu hadisə bölgə klubuna 2500 manat bahasına başa gəlib. Bundan əlavə, oyunun fasiləsi zamanı meydana kənar şəxsin daxil olması səbəbindən klub daha 2500 manat məbləğində cərimə ödəyəcək.
 
Matçın son dəqiqələrində Ağdam klubunun tərəfdarları tərəfindən pirotexniki vasitələrdən istifadə qeydə alınıb. Cari mövsüm ərzində bu halın üçüncü dəfə təkrarlandığını nəzərə alan komitə, "Qarabağ"ı 6000 manat məbləğində cərimələyib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər