Azərbaycan idmançısı Qış Olimpiya Oyunlarında mübarizəyə başlayır
İdman
254
13:07, Bu gün

Azərbaycan idmançısı Qış Olimpiya Oyunlarında mübarizəyə başlayır

Azərbaycanı təmsil edən Anastasiya Papatoma İtaliyada təşkil olunan XXV Qış Olimpiya Oyunları çərçivəsində bu gün çıxışına başlayacaq.
 
Moderator.az xəbər verir ki, 17 yaşlı dağ xizəkçisi slalom növündə qüvvəsini sınayacaq. Yarış İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina d'Ampetsoda keçiriləcək.
 
Xatırladaq ki, bundan öncə ölkəmizin fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 63.63 xal toplayıb. O, 29 iştirakçı arasında sonuncu pillədə qərarlaşaraq mübarizəni dayandırıb.
 
Məlumat üçün bildirək ki, Azərbaycanın iki atletlə qatıldığı "Milan-Kortina-2026" Qış Olimpiya Oyunları fevralın 22-də başa çatacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər