00:15
6°C
Bakı
Xabi Alonso Fransa təmsilçisi "Marsel"in baş məşqçisi postuna təyinat təklifini qəbul etməyib.
Moderator.az xəbər verir ki, bu barədə "RMC Sport" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 44 yaşlı ispaniyalı mütəxəssis Fransa klubunun təklifindən və komandadakı qeyri-sabit vəziyyətdən razı qalmayıb.
Qeyd edək ki, fevralın 11-də PSJ-yə 0:5 hesablı məğlubiyyətdən sonra "Marsel" Roberto De Zerbinin istefasını açıqlayıb. Xabi Alonso isə yanvarın 12-də "Real"la müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib və hazırda işsizdir.