UEFA Çempionlar Liqası:
İdman
499
17 Feb 2026 | 23:35

UEFA Çempionlar Liqası: "Qalatasaray" "Yuventus" üzərində böyükhesablı qələbə qazandı

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarına start verilib.

Moderator.az xəbər verir ki, bu mərhələnin ilk qarşılaşması "Qalatasaray" və "Yuventus" komandaları arasında baş tutub.

Görüşün ilk hissəsi Turin təmsilçisinin 1:2 hesablı üstünlüyü ilə yekunlaşıb. İkinci hissədə Okan Burukun yetirmələri rəqib qapısından dörd qol keçirərək yekun hesabı müəyyənləşdiriblər - 5:2.

Qeyd edək ki, Xuan David Kabal 67-ci dəqiqədə ikinsi sarı vərəqəni alaraq "qoca sinyora"nı azlıqda qoyub

Tərəflər arasında cavab görüşü fevralın 25-də keçiriləcək.

23:35

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində İstanbulda keçirilən “Qalatasaray” – “Yuventus” matçı gözlənildiyi kimi gərgin start götürüb.

Moderator.az xəbər verir ki, “Rams Park”da baş tutan qarşılaşmanın ilk dəqiqələrindən tərəflər hücum futboluna üstünlük veriblər.

Matçın 15-ci dəqiqəsində meydan sahiblərinin braziliyalı ulduzu Qabriel Sara dəqiq zərbə ilə “Yuventus”un qapısına yol taparaq hesabı açıb.

Lakin “sarı-qırmızılılar”ın qol sevinci çox çəkməyib. Cəmi bir dəqiqə sonra – 16-cı dəqiqədə turinlilərin hollandiyalı yarımmüdafiəçisi Teun Kopmayners tarazlığı bərpa edib – 1:1.

***

32-ci dəqiqədə Kopmayners dubla imza atıb.

İkinci hissə başladı.

***

Noa Lanq 49-cu dəqiqədə hesabı bərabərləşdirdi.

***

60-cı dəqiqədə Davinson Sançez komandasını önə çıxarıb.

 

***

“Yuventus”un heyətində Kabal 8 dəqiqə ərzində iki dəfə sarı vərəqə ilə cəzalanaraq meydandan qovuldu.

 

***

Noa Lanq 75-ci dəqiqədə dubla imza atır.

 

***

Saşa Boey 86-cı dəqiqədə komandasının 5-ci qolunu vurur.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər